Tarixin ibrət dərslərindən nəticə çıxarmalıyıq
Tarixin ibrət dərslərindən nəticə çıxarmalıyıq
Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb torpaqlarımızı zaman-zaman işğal edən erməni şovinistləri işğalçılıq əməllərinə haqq qazandırmaq, yeni təcavüzkarlıq planlarını tarixi nöqteyi-nəzərdən əsaslandırmaq və ictimai fikri çaşdırmaq məqsədilə indiki Ermənistan Respublikasının ərazisində mövcud olan bütün tarixi və mədəniyyət abidələrini, Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastırları erməni abidələri elan edirlər. "Böyük Ermənistan" imperiyası barədə uydurmalarını şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin "tarixi torpaqları" hesab edirlər.


