Tarixin ibrət dərslərindən nəticə çıxarmalıyıq

Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb torpaqlarımızı zaman-zaman işğal edən erməni şovinistləri işğalçılıq əməllərinə haqq qazandırmaq, yeni təcavüzkarlıq planlarını tarixi nöqteyi-nəzərdən əsaslandırmaq və ictimai fikri çaşdırmaq məqsədilə indiki Ermənistan Respublikasının ərazisində mövcud olan bütün tarixi və mədəniyyət abidələrini, Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastırları erməni abidələri elan edirlər. "Böyük Ermənistan" imperiyası barədə uydurmalarını şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin "tarixi torpaqları" hesab edirlər.
Xatirə dəftəri
Yurd həsrəti qəlbimi göynədir
Hörmətli redaksiya! Mən 1930-cu ildə Qərbi Azərbaycanda - Qafan rayonunun Gığı kəndində doğulmuşam. Oğuz türklərinin qədim vətəni olan Qafan rayonunun tarixi barədə ağsaqqallarımızdan çox eşitmişdim. Müdriklərimizin dediyinə görə, Qafan sözü Qaf dağından götürülüb. XIX əsrin ortalarından Türkiyədən və İrandan ermənilərin kütləvi halda Qafqaza köçürülməsi ilə əlaqədar Qafan camaatının da qara günləri başlayıb...
Ağlım kəsəndən tez-tez eşidirdim, filan kənddə ermənilər filankəsin oğlunu qətlə yetirib. Filankəsin evini ermənilər yanıdırıblar. Filankəsin ailəsi gecə ikən Arazın o tayına qaçıb... Erməni daşnakları əhalini beləcə sıxışdırır, işgəncə verir, evlərini talayır, onları vətənlərindən didərgin salır, malını-mülkünü ələ keçirirdilər...
Böyük Vətən müharibəsi başlayanda kəndin əli iş tutanlarının hamısını cəbhəyə yola saldılar. Müharibəyə gedən 127 nəfərdən 63 nəfəri qayıtmadı. Onda 60 yaşlı atam kəndin qocaları ilə gecə-gündüz kolxozda çalışırdı. Biz məktəblilər də kolxozçulara qoşulub onlarla çiyin-çiyinə, ac-yalavac səhərdən axşamacan tarlada, fermada çalışır, ata-anamıza əl tuturduq. Ona görə də orta məktəbi iki il gec bitirdim.
Onu da qeyd edim ki, yem əldə etmək çətin olduğundan bizim Gığı kolxozunun mal-qarasını, qoyun sürüsünü, at ilxısını payız girəndən Azərbaycanın Qubadlı rayonunun Gəyəm ərazisinə aparırdılar. Mən də atamla orada mal-qaraya baxırdım. Mayın 1-dək beləcə qışlaqda qalırdıq. Günümüz-güzəranımız yay-yaz ayları Qafan dağlarında, payızda-qışda Qubadlının qışlaqlarında keçərdi. Atam əmək günü çox qazansa da, zəhmət haqqı az verirdilər. Məsələn, hər əmək gününə 200 qram çovdar, 150 qram şor və s. bölünərdi.
Sərt rejim yaratmışdılar. 1951-ci ildə atamı sürgün etdilər... 1965-ci ilə qədər kolxozda hər əmək gününə yarım kiloqram taxıl verilməli idi, amma əmək haqları ödənilmirdi. Həmin il kəndimizdə kolxoz ləğv edildi, sovxoz təşkil olundu.
Uşaqlığım əzablı, əziyyətli, məşəqqətli keçdi. Min bir əzabla 1950-ci ildə orta məktəbi bitirdim. Anamın təkidi ilə orta təhsilimi başa vurub Bakı şəhərinə gəldim. 1953-54-cü dərs ilində Pedoqoji İnstitutun (indiki ADPU) dil-ədəbiyyat fakültəsinə qəbul olundum. 7 fəndən imtahan verdiyimə görə təqaüdə düşdüm (o vaxtlar belə idi). İnstitutdan aldığım təqaüdə qənaət edib həmin pul ilə kəndimizə tətilə gedərdim...
1957-ci ildən Gığı kəndində pedoqoji fəaliyyətə başladım. 1988-ci ilədək ata-baba yurdumda yaşadım və burada müəllim işlədim. Mənim 58 yaşım olanda kəndimizin, o cümlədən Qafan rayonunun və bütövlükdə Qərbi Azərbaycanın da qara günləri başladı. Soydaşlarımızı deportasiya elədilər. Ermənilər kəndlərimizi talayıb qarət eləməyə başladılar.
XX əsrin əvvəlindən başlanan deportasiya 1988 - 1989-cu illərdə başa çatdı. Ermənilər açıq-aşkar soydaşlarımızı təhqir edir, öldürürdülər. Atam və anam təqiblərə dözməyib dünyasını dəyişdilər. Həmin il dekabrın 7-də əmlakımızı, mülkümüzü qoyub birtəhər 6 övladımla Zəngilana qaçdıq. Beş il Vənədli kəndinə sığındıq. Burada da sevincimiz uzun sürmədi... 1993-cü ilin oktyabrından erməni quldurları Zəngilan və Qubadlı ərazisinə soxulub dinc əhalini qırmağa başladılar.
Araz çayından İran ərazisinə keçib birtəhər canımızı xilas etdik. Sonra Astara yolu ilə Bakıya gəldik. Suraxanı rayonunun ərazisində, 1 saylı zeytun sovxozunda bizə sığınacaq verdilər. Mərhəmətli insanların köməyi ilə bir daxma tikib, içinə yığışdıq. Bu rayonun 196 saylı orta məktəbində müəllimlik kimi şərəfli peşəni davam etdirdim. Suraxanı rayonunda ailəmizə qayğı göstərildi. Mən bir pedaqoq kimi məktəbin bütün işlərində fəallıq nümayiş etdirdim. Şəhər təhsil idarəsindən və Təhsil Nazirliyindən dəfələrlə mükafatlar aldım.
İndi artıq 75 yaşım var. Təqaüdə çıxmışam. Amma ömrümün 58 ilini keçirdiyim ata-baba yurdumu, Qafan rayonunu, kəndimizi bir an belə unuda bilmirəm. Ağsaqqallarımızın, ağbirçəklərimizin ruhu orada narahatdır. El-obamız, qəbirlərimiz, ziyarətgahlarımız yağı düşmənin tapdağı altında qalıb. Gığı Qafanda ən iri Azərbaycan kəndi idi. Kənd dörd tərəfdən əzmətli dağlarla əhatə olunurdu. Gığı dərəsinin füsunkar təbiəti var. Kəndin Dərməzur adlanan ərazisi babam Haşım xanın mülkü olub. Hərdən həsrətimi, qəm-kədərimi misra-misra ağ vərəqlərə köçürürəm...
Kaş bir də o yerlərə dönə biləydik...
Əlizamin BABAYEV,
Qafan qaçqını
Tarixi Oçerk
..............................................................................................................................
Tarixi Oçerk--- devletarsivleri.gov.tr saytındandır.
ZANGEZUR EYALETİ YÖNETİCİSİNİN GENCE VALİSİNE RAPORU
Belge Görüntüleri: 1
Zangezur Eyalet Yöneticisinin Gence Valisine gönderdiği, Ermenilerin Kazırkurdali köyü Müslümanlarını köylerinden çıkardıkları ve Malhalaf köyüne giden yolu kestiklerini belirten yazısı.
4.2.1919
BCA. 930 01. 3-48-9
ADA. 894-4-65
AZERBAYCAN BELGELERİNDE ERMENİ SORUNU
--------------------------------------------------------------------------------
-103-
Azerbaycan ordusunun zangezur’a gönderilme nedeni
Belge Görüntüleri: 1
Azerbaycan Dışişleri Bakanı Hoyski’nin Ermenistan Dışişleri Bakanı Hatisov’a gönderdiği Azerbaycan’ın Ermenistan’ın içişlerine karışmak gibi bir niyeti olmadığının, ancak 23 Kasım tarihli anlaşma şartlarına rağmen Ermenistan ordusunun Zangezur Eyaletindeki saldırı ve katliama devam etmesi üzerine, bölgedeki Müslüman halkın tamamen yok edilmemesi amacıyla Azerbaycan ordusundan bir miktar askerî kuvvetin o bölgeye gönderildiğinin ve bölgedeki olayların bu sayede durdurulduğunun belirtildiği telgraf.
26.2.1920
BCA. 930 01. 4-70-9
ADA. 970-1-113
-105-
Azeri savunma grubunun cebrail eyaletindeki başarıları
Belge Görüntüleri: 1 2 3
Karabağ Genel Vali Yardımcısı Mahmudbekov’un Azerbaycan İçişleri Bakanı’na gönderdiği, Cebrail Eyaleti savunma gruplarının başarılı bir şekilde Ermenilere karşı koydukları, Ermenilerin Askeran’ı ele geçirdikleri, Şuşa ve Hankend’i ablukaya aldıkları, Cebrail ve Zangezur Eyaleti savunma gruplarının birleşmesiyle başarılı sonuçlar elde edildiği, cephane yetersizliğinden ve Ağdam-Karyagin telefon hattının Ermeniler tarafından tahrip edildiği hakkında rapor.
26.3.1920
BCA. 930 01. 3-52-1

Qərbi Azərbaycan haqqında
İlk növbədə Qərbi Azərbaycan`ın ərazisi hüdudlarını nzəzərinizə çatdırmaq istəyirəm. Qərbi Azərbaycan`ın tərkibinə daxil olan əyalətlər bunlardır:İrəvan, Göyçə, Zəngibasar, Zəngəzur, Dərələyəz, Vedibasar və Ərməniyyə əraziləri daxildir. Çox zaman Qarabağın ərazisi kimi bilinən Zəngilan, Qubadlı, Laçın rayonları da məhz Zəngəzur əyalətinin ərazisinə daxildir, həmçinin Qafan, Gorus, Sisian və Mehri;