Reklam verin!
Yuma Ailə Jurnalı

U-17 növbəti mərhələyə adlayıb

Yazar: fahmin @ Sentyabr 28, 2008 8:59

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Polşada təşkil olunan Avropa çempionatının seçmə mərhələsində bu gün Bakı vaxtı ilə saat 14:30-da son oyununu keçirib. Komandamızın rəqibi Polşa yığması olub. Oyun 2:0 hesabı ilə polşalı futbolçuların xeyrinə başa çatıb. Məğlubiyyətə baxmayaraq, yığmamız Avropa çempionatının seçmə oyunlarında növbəti mərhələyə adlayıb.
Xatırladaq ki, seçmə mərhələnin ilk oyununda bolqarıstanlı həmyaşıdlarına 3:1 hesabı ilə qalib gələn futbolçularımız ikinci matçda Çernoqoriya yığması ilə xalları yarı bölüb – 2:2.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mübarizə apardığı qrupun yekun cədvəlini diqqətinizə çatdırırıq:

Davamı...

Türkiyə Polşada - finallarda

Yazar: fahmin @ Sentyabr 24, 2008 21:04

 Fransada oynanan oyunu 80-78 qazanan Türkiyə komandası Lider olaraq tamamladığı qrupda 6/6-lıq gösticini əldə edərək, Polşadakı finallara haqq qazanması ilə yanaşı, indiyə qədər ən yaxşı oyununu göstərdi. Fransanın ulduzu Tony Parker, 37 smaç və 5 asistlik müvəffəqiyyətilə maça damğasını vuran ad oldu. Fransadan gələn digər smaçlar isə De Colo (9 smaç, 3 asist) və Diawara (8 smaç) adlı oyunçulardan gəldi.
Türkiyədə Fatih Solak 16, Sinan Güler 14, Kerem Tunçeri 13 smaç, 3 asistlə oyunu tamamladı. Ersan İlyasova isə 12 smaçla oynadı.
Qrup ikinciliyini qarantiya altına almasına baxmayaraq, Fransa ən yaxşı 3 qrup ikincisi arasında yer almağı bacarmadı və Polşadakı finallara birbaşa qatılma haqqını itirdi.

Türkiyə Basketball Milli komandası

Yazar: fahmin @ Sentyabr 4, 2008 13:18

 EUROBASKETBALL 2009 POLŞA seçmələrində Türkiyə Basketball Milli komandası dünən Ukrayna ilə evində Konya şəh. İpekçi salonunda qarşılaşdı. Hərtərəfli hazır olduqlarını sübut edən ağ-qırmızılılarda xüsusilə NBA`dan Hidayət Türkoğlu, həmçinin Ersan İlyasova, Kerem Tunçeri, Kerem Gönlüm, Oğuz Savaş və digər adlar fərqləndi. Dəstək üçün Türkiyə Futbol Milli komandası, habelə baş məşqçi Fateh Terim də maçı izləyənlər arasında idi. İlk maç türklərin qələbəsilə bitdi. TÜRKİYƏ 86:73 UKRAYNA

Davamı...


  Yazılar cəmi: 3