AzeriBlog`çuların görüşü
Biz bir neçə dəfə görüşmək istədik amma bəzi səbəblərə görə baş tutmadı. Amma indi isə tam şəkildə standart vaxtda bir araya gəlməyi qərara aldıq. Amma bu səfər Eyvaz Qocayev , Aytəkin xanımla Barcamp görüşündən sonra əlaqə genişləndi. İndi isə mən sizdən xahiş edirəm ki əgər Blogcuların görüşündə iştirak etmək istəyirsinizsə, http://some.azeriblog.com/2008/09/08/azeri-blog-chularin-nezerine adresinə emailinə girib fikirlərinizi bizimlə bölüşün. Ancaq sabit vaxtda bir araya gələcəyik: 4 Oktyabr 2008-ci il saat 18:00. Görüşün yerini özümüz sizə bildirəcəyik. Xahiş edirik ki, gəlmək istəyənlər dəqiq yazsınlar ki biz də blogcuların sayına görə işimizi bilək. Xahiş olunur ki, şərh yazanda görüş yerini və ya zamanını yazmayasınız. Emailinizi yazmagi unutmayin! Biz sizi gözləyəcəyik! Bu məlumatı saytınıza qoyun ki digər blogçuların xəbəri olsun.
orxan92


