Yazar: fahmin @ Sentyabr 30, 2008 14:55
“Bakı” hirsini “Bakılı”dan çıxdı
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Premyer Liqasında VI turun oyunları başa çatıb. “APA-Sport”un məlumatına görə, hesabat turunda bir sıra maraqlı nəticələr qeydə alınıb.
Öncə çempionluğa iddialı “Neftçi”nin xal itirməsi azarkeşləri şoka saldı. Debütant NBC-nin müqavimətini qıra bilməyən flaqman yeni baş məşqçi Yurgen Gedenin rəhbərliyi altında ardıcıl ikinci oyununu qolsuz heç-heçə ilə başa vurdu. “Simurq” isə gözlənilmədən “Qarabağ”ı üstələdi. Bundan başqa, “Olimpik” öz meydanında bir xalla kifayətləndi.
Davamı...
Yazar: fahmin @ Sentyabr 12, 2008 21:03
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda neft-kimya müəssisələrinə neft məhsulları nəql edilən kəmərlərdən biri deşilib. Abşeron rayonu ərazisində («Neapol» oteli yaxınlığında) boru kəmərinin deşilməsi nəticəsində ətraf əraziyə neft məhsulları dağılıb. Kəmərin deşilməsi onun fiziki cəhətdən köhnəlməsi ilə əlaqələndirilir. Hal-hazırda problem aradan qaldırılıb. Ancaq yolun kəsilməsi nəticəsində Binəqədi rayonu Biləcəri qəsəbəsində tıxac yaşanıb. Bu mənzərəyə əvvəllər çox da şahid olmayan qəsəbə sakinləri ardı olmayan tıxaca təəccübləndi.
Yazar: fahmin @ İyun 16, 2008 18:20
Türkiyə millisinin Avropa Çempianatının ¼ final mərhələsinə çıxması Bakıda əsl bayram kimi qeyd edilib(FOTOSESİYA)
Gecə əllərində Türkiyə və Azərbaycanın bayraqları olan azarkeşlər paytaxt küçələrində gəzintiyə çıxıblar
Bu gecə Türkiyə futbol üzrə millisinin azarkeşləri komandalarının Avropa Çempianatının ¼ final mərhələsinə vəsiqə qazanmalarını paytaxt Bakının küçələrində əsl bayram kimi
Davamı...
Yazılar cəmi: 3