Reklam verin!

Ermənistanda geniş Dağlıq Qarabağ müzakirələri keçiriləcək

Yazar: fahmin @ Noyabr 19, 2008 17:06

 “Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində xüsusi pozitiv və mühüm əhəmiyyət daşıyır”. Bu fikirləri Ermənistan Milli Təhlükəsizlik Şurasının Artur Bağdasaryan deyib. O, Azərbaycan və Ermənistanın son 14 il ərzində ilk dəfə birgə sənədə imza atmasını müsbət qiymətləndirib: “Bu sənəd münaqişənin nizamlanması formatının dəyişdirilməsinin mümkünsüz olduğunu bir daha təsdiqləyir. Bu xüsusilə vacib məqamdır. Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin zəruriliyini ortaya çıxarıb. Gürcü-osetin münaqişəsi göstərdi ki, münaqişələrin hərbi yolla həlli mümkünsüzdür, bu əsrdə münaqişələr yalnız qarşılıqlı güzəştlə əsasında sülh yolu ilə həll olunmalıdır”.
Artur Bağdasaryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanda geniş ictimai müzakirələr keçiriləcəyini bildirib: “Çünki, bu məsələdə erməni xalqı da öz sözünü deməlidir”. //
APA

“Washington Times” Azərbaycandan yazdı

Yazar: fahmin @ Sentyabr 30, 2008 15:59

"Vaşinqton Azərbaycanla münasibətləri daha geniş tərəfdaşlığa yüksəltməlidir"

 ABŞ-ın nüfuzlu “Washington Times” qəzetinin 29 sentyabr nömrəsində Azərbaycana həsr edilmiş məqalə yer alıb.
“Kaspian Enerji Konsaltinq”-in prezidenti Söhrab Sobhaninin müəllifi olduğu yazı ABŞ-ın növbəti seçiləcək prezidentini Azərbaycan kimi strateji ölkə ilə yaxın əlaqələr qurmağa, Dağlıq Qarabağ münaqişəsinin həllini ABŞ diplomatiyasının prioritetinə çevirməyə çağırır.

Davamı...

Foqts yığmaya yeni futbolçular çağırdı

Yazar: fahmin @ Sentyabr 28, 2008 9:14

 Milli komanda Ramazan bayramını təlim-məşq toplanışında keçirəcək

Bakı. Aqşin Əliyev - APA-Sport. Sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, hazırlıq prosesinə 26 futbolçu qatılacaq.

Davamı...

XIII Yay Paralimpiya Oyunları başa çatdı

Yazar: fahmin @ Sentyabr 19, 2008 22:19

 Pekində 2 qızıl, 3 gümüş, 5 bürünc qazanan idmançılarımız bugün vətənə qayıtdı. 38-ci yerdə qərarlaşan Azərbaycan komandası 10 medal qazanaraq, indiyə qədər qazandıqları ən çox medal sayısı da məhz bu oyunlarda əldə etdi.

The 1st Karabakh War

Yazar: fahmin @ Sentyabr 13, 2008 16:23

  The latest conflict between Armenia and Azerbaijan started in February of 1988 and lasts already for more than a decade. In a short time this conflict was aggravated and turned a real war. Azerbaijani Republic plunged into the war when it still was a constituency of the Soviet Union and keeps struggling as an independent state now. From the viewpoint of International Law the conflict is the result of aggression of neighboring Armenian Republic, who made timely preparations for the war in military, political, economic, propagandist, ideological, psychological and other spheres. And the command for aggression was the actions of Armenian separatist groups in Karabakh, who declared separation of this region from Azerbaijan. The tasks of Armenian agressors in the conflict, carried out by force, are the following: alteration of existing borders, occupation and subsequent annexation of Karabakh and adjacent Azeri territories.

Davamı...

"Vote the nation"da Azərbaycana aid statistikalar

Yazar: fahmin @ İyul 18, 2008 14:39

 Vote the Nation

Davamı...


  Yazılar cəmi: 6