Yazar: fahmin @ Sentyabr 28, 2008 8:59
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Polşada təşkil olunan Avropa çempionatının seçmə mərhələsində bu gün Bakı vaxtı ilə saat 14:30-da son oyununu keçirib. Komandamızın rəqibi Polşa yığması olub. Oyun 2:0 hesabı ilə polşalı futbolçuların xeyrinə başa çatıb. Məğlubiyyətə baxmayaraq, yığmamız Avropa çempionatının seçmə oyunlarında növbəti mərhələyə adlayıb.
Xatırladaq ki, seçmə mərhələnin ilk oyununda bolqarıstanlı həmyaşıdlarına 3:1 hesabı ilə qalib gələn futbolçularımız ikinci matçda Çernoqoriya yığması ilə xalları yarı bölüb – 2:2.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mübarizə apardığı qrupun yekun cədvəlini diqqətinizə çatdırırıq:
Davamı...
Yazar: fahmin @ Sentyabr 28, 2008 8:55

Xəbər həmən ardında...
Davamı...
Yazar: fahmin @ İyul 16, 2008 11:18
Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş «İnter» - «Rabotniçki» qarşılaşması 0:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab oyunu iyulun 22-də Skopye şəhərindəki «Qradski» stadionunda keçiriləcək. Qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Asaf Kanan
Baş hakimin köməkçiləri: Danni Krasikov, Eytan Greenberq
Dördüncü hakim: Eytan Tbrizi
(Hakimlər briqadası İsraildəndir)
Hakim-inspektor: Diter Pauli (Almaniya)
UEFA nümayəndəsi: Qabriel Veyss (Slovakiya)
Davamı...