Reklam verin!

Nikaraqua da Cənubi Osetiya və Abxaziyanı tanıdı

Yazar: fahmin @ Sentyabr 4, 2008 13:02

 Rusiyanın ardından Mərkəzi Amerikadan Nikaraqua da Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyan ölkələr siyahısına daxil oldu.

"Qafqaz"da gərginlik

Yazar: fahmin @ Avqust 28, 2008 13:19

 Abxaziya və Cənubi Osetiya`nın müstəqilliyini tanıyan Rusiya Gürcüstanla diplomatik əlaqələri minimuma endirib. Sergey Lavrov çıxışında Qarabağ və Dnestryanı münaqişələrin həllinin də eyni istiqamətdə inkişaf etməməyəcəyini qeyd edib. Rusiya Türkiyə ilə ticari və siyasi əlaqələrində də dəyişikliklərə yol verəcəyi gözlənilir. Əslində Rusiyanın öz əvvəlki hegemonluğunu bərpa etmək və dünya ictimaiyyətində daim gündəmdə olmaq arzusu əks təsirlər verə, hətta arzulanmayacaq nəticələrə çıxara bilər. İndi Rusiya İran və Çinlə əlaqələri daha da genişləndirmək arzusundadır. İranın isə qaz sektorunda Türkiyə ilə yaxın əməkdaşlıq etməsi Rusiyada həyəcan siqnalı çalmasına səbəb oldu. Rusiya köhnə "partnyoru" ilə əlaqələri daha da sıxlaşdırmalıdır. Hindistan və Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) da olacaq hadisələr çərçivəsində Rusiyanın lehinə hər-hansısa addımlar ata bilər. Buna görə də Rusiya bu ölkələrdən "qopmaq" istəməyəcəkdir. Əsas məsələ isə BMT ilə Rusiya arasındakı dialoq çərçivəsində həll olunmalıdır. BMT`nin atacağı addım da bəllidir: "Gürcüstan müstəqil və suveren dövlətdir".

    BMT rəsmi nümayəndəsi isə Rusiyanın verdiyi qərar ətrafında fikirləşməsini və qərarı yenidən nəzərdən keçirməyi, bu hadisələri daha düzgün qiymətləndirməsini gözlədiyini ifadə etdi. Əks təqdirdə gərək Çeçenistan və Şimali Qafqazdakı digər dövlətlərin də müstəqilliyi tanınmalıdır.

    Əgər fikirlərinizi bildirmək istəyirsinizsə, şərh yaza bilərsiniz.


  Yazılar cəmi: 2