Yazar: fahmin @ Sentyabr 19, 2008 21:01
EUROBASKET 2009-da öz qrupunda Türkiyə Basketball Milli Yığması möcüzələr yaradır. Belçika, Ukrayna və Fransa ilə C qrupunda mübarizə aparan Türkiyə Millisinin oyunçuları öz həmkarlarına köks ötdürdü. Fransa maçınadək bütün oyunları qazanaraq, 5/5 edib, qrup liderliyinə yüksələn Milli komandanın növbəti məqsədi 6-cı, qrupun son maçından da, səfərdə zəfərlə ayrılaraq Polşa 2009 EUROBASKET-ə fərqli daxil olmaq istəyir. Milli komandadanın "ağsaqqalı" təcrübəli NBA oyunçusu Hidayət TÜRKOĞLU isə bugünkü maçdan öncə icazə istəyərək Amerikaya döndü. Digər oyunçular da oyunlarda Hidayətdən geri qalmırdı. Kerem Tunçeri, Kerem Gönlüm, Atsür, Ersan İlyasova kimi oyunçular komandanın "ən yaxşı" oyunçularındandır.
www.yurd.tk Yurd IM
Yazar: fahmin @ Sentyabr 12, 2008 21:24
Türkiyə yığması Basketbolda bir-birinin ardınca zəfərə doğru irəliləyir. Əvvəlcə evində Ukraynanı yenən Milli, daha sonra səfərdə Belçikanı və son olaraq da evində Fransanı 76-65 yenərək liderlik uğrunda mübarizədə tək olduğunu sübut etdi. Növbəti rəqib Ukrayna evində Türkiyəni qarşılayacaq.
Yazar: fahmin @ Sentyabr 4, 2008 13:18
EUROBASKETBALL 2009 POLŞA seçmələrində Türkiyə Basketball Milli komandası dünən Ukrayna ilə evində Konya şəh. İpekçi salonunda qarşılaşdı. Hərtərəfli hazır olduqlarını sübut edən ağ-qırmızılılarda xüsusilə NBA`dan Hidayət Türkoğlu, həmçinin Ersan İlyasova, Kerem Tunçeri, Kerem Gönlüm, Oğuz Savaş və digər adlar fərqləndi. Dəstək üçün Türkiyə Futbol Milli komandası, habelə baş məşqçi Fateh Terim də maçı izləyənlər arasında idi. İlk maç türklərin qələbəsilə bitdi. TÜRKİYƏ 86:73 UKRAYNA
Davamı...
Yazılar cəmi: 3