Yazar: fahmin @ Dekabr 15, 2008 23:09
Ermənilərin gənclər parlamentinin rəsmi saytı bu gecə azərbaycanlı hakerin hücumuna məruz qalıb
Rəsmi saytda SVAM adlı haker yazı da qoyub: «ANS-in haklanması qarşılıqsız qalmayacaq»... Bu barədə ANS PRESS əməkdaşları rəsmi elektron poçta gələn onlarla oxucunun məktubları əsasında xəbər tutub.
Habelə oxucularımız bizə Azərbaycan hakerlərinin qəzəbunə tuş gələn digər erməni saytlarının siyahısını da göndərib:
Davamı...
Yazar: fahmin @ Dekabr 15, 2008 23:07
Saxlanılan şəxslər partlayan binada təmir işləri aparanlardırBakının Nizami rayonundakı yaşayış binasında partlayışla bağlı 3 nəfər şübhəli şəxs qismində saxlanılıb. Nizami Rayon Prokurorluğundan Trend agentliyinə verilən məlumata görə, saxlanılan şəxslər-biri usta və iki fəhlə dördüncü mərtəbədə təmir işləri aparıblar. İstintaq getdiyi üçün onların adları açıqlanmır.
Xatırladaq ki, partlayış dekabrın 13-də Nizami rayonu, Naxçıvanski 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verib. Hadisə nəticəsində binanın bir bloku dağılıb, 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışa səbəb kimi əsas versiya qaz sızması göstərilir.
Davamı...
Yazar: fahmin @ Dekabr 14, 2008 13:52
Hazırda binanın qarşısındakı beton konstruksiyalar qaldırılır
Altı blokdan ibarət olan binanın üç blokunun sakinləri müvəqqəti olaraq yaxın ərazidə yerləşən 172 saylı uşaq bağçasına köçürülüb. Hazırda hadisənin baş verdiyi ərazidə xilaskarlar briqadası və ağır texnika təmizləmə işləri həyata keçirir. Partlayış zamanı şüşələri sınmış qonşu binalarda da bərpa işləri aparılır.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, hadisəyə ilkin səbəb kimi ikinci blokda olan 27 saylı mənzildə aparılan təmir zamanı qazın borusunun açıq qalması göstərilir.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev isə bildirib ki, bu gün binanın zərərçəkməyən 3 blokunda olan mənzillərə mavi yanacaq nəqlinin bərpası gözlənilir.
Kliniki Tibbi Mərkəzdən isə məlumat veriblər ki, hadisə nəticəsində xəsarət almış altı pasientdən ikisi artıq evə buraxılıb.
Davamı...
Yazar: fahmin @ Dekabr 11, 2008 12:41
Yazar: fahmin @ Dekabr 9, 2008 14:27
| Toyota 5000 ABŞ dollarına avtomobil hazırlayır. |
Yapon şirkəti Toyota, dünyada ən ucuz avtomobil versiyasını həyata keçirmək istəyir. Lakin Hind şirkəti Tata, öz Nano modelinin dəyərini 2500 ABŞ dolları kimi təqdim edirsə , Toyota daha real qiymət deyir – 5000 ABŞ dolları. Nəzərə alsaq ki, bu avtomobil, ən sadə təhlükəsizlik standartlarına uyğun olacaq, Toyota Şirkəti üçün bu çox maraqlı qiymətdir. Bu yeni Toyota – 5000 ABŞ dolları dəyərində olan avtomobil nəyə bənzəyəcək, heç kimə məlum deyil. Lakin bu avtomobil, işçi qüvvəsi daha ucuz olan Hindistanda istehsal olunacaq. Çox güman ki, Toyota 5000 ABŞ dollarına istehsal etdiyi avtomobili başqa marka adı ilə bazara buraxacaq. Toyota-nın ən ucuz avtomobilini indi gözləmək lazım deyil, pissimistlərin fikrinə görə, bu avtomobil 2015-ci ildən tez işiq üzü görməyəcək , optimistlər isə bu avtomobili 2011-ci ildə görməyə güman edirlər.
|
Yazar: fahmin @ Dekabr 9, 2008 14:16
Əbülfəz Elçibəy (7 İyun, 1938 - 22 Avqust, 2000), Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993). Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy), 24 İyun 1938-ci ildə Naxçıvan MR-da Ordubad rayonunun Kələki kəndində anadan olub.
Davamı...
Yazar: fahmin @ Dekabr 9, 2008 13:44
Türkiyə millisinin futbolçusu Baş nazir Rəcəb Tayyip Ərdoğanı toyuna dəvət edib
Əmrə Bələzoğlu dəvətnaməni şəxsən hökumət rəhbərinə verib.
Türkiyə Milli komandasının və "Fənərbaxça"nın ulduz futbolçusu Əmrə Bələzoğlu Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəp Tayyip Ərdoğanla görüşüb. R.T.Ərdoğanın Dolmabaxça sarayındakı ofisində baş tutan görüşə Əmrə Bələzoğlu İstanbul Böyükşəhər Bələdiyyəspor klubunun prezidenti Göksəl Gümüşdağla birlikdə gedib. Ulduz futbolçu görüşdən sonra jurnalistlərə heç bir açıqlama verməyib. Görüşdə Əmrə Bələzoğlunun Baş nazir R.T.Ərdoğana dəvətnamə verdiyi bildirilir. Qeyd edək ki, Əmrə Bələzoğlu və nişanlısı Tuğba Gürevin toy mərasimi dekabrın 28-də "Svissotel"də keçiriləcək.
Davamı...
Yazar: fahmin @ Dekabr 8, 2008 20:31

Müsəlmanların Müqəddəs Bayramı olan Qurban Bayramı münasibəti ilə bütün Müsəlman qardaş, bacılarımızı təbrik edir, uzun ömür, can sağlığı, firavanlıq, bol ruzi, xoşbəxtlik arzu edir, neçə belə bayramlar arzulayırıq.
Bayramınız Mübarək !
Yazar: fahmin @ Dekabr 8, 2008 19:50
Bu gün hayların yaşadığı coğrafi ərazi heç vaxt erməniyə aid olmayıb. Bu ərazilər tarix boyu türk yurdu kimi tanınıb və qəbul edilib. Bunu deməklə əslində kiməsə tarix dərsi keçmək fikrində deyiləm. Sadəcə olaraq tarix bunu sübut edir, edib, edəcək. İrəvanın tarixi və bölgədəki yer-yurd adları, bu yerlərin aborigen əhalisi azər, türk boyları ərazinin erməniyə heç bir aidiyyatı olmadığını sübut edir. İrəvan -indi olub Yerevan, bütün qədim türkün yaşadığı ərazi də Ermənistan. Dənizdən-dənizə böyük Ermənistan xülyasına düşən erməni bəlkə də böyük türkün şanlı tarixindən xəbərsiz deyil. Amma erməni məkri, hiyləsi artıq uzun müddətdir ki, torpaqlarımızın erməniləşdirilməsi siyasətini özünə məqsəd tutub. Zaman-zaman İrəvandakı yer-yurd, kənd, çay adları erməniləşdirildi.
Bu azmış kimi, erməni alimləri indi də ümumən Azərbaycan dilini şübhə altına almağa çalışır, Azər etnosunun fars mənşəli olduğunu sübut etməyə cəhd göstərirlər. Professor Firudin Cəlilov bu məsələyə aydınlıq gətirdik.
Davamı...
Yazar: fahmin @ Noyabr 19, 2008 17:06
“Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində xüsusi pozitiv və mühüm əhəmiyyət daşıyır”. Bu fikirləri Ermənistan Milli Təhlükəsizlik Şurasının Artur Bağdasaryan deyib. O, Azərbaycan və Ermənistanın son 14 il ərzində ilk dəfə birgə sənədə imza atmasını müsbət qiymətləndirib: “Bu sənəd münaqişənin nizamlanması formatının dəyişdirilməsinin mümkünsüz olduğunu bir daha təsdiqləyir. Bu xüsusilə vacib məqamdır. Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin zəruriliyini ortaya çıxarıb. Gürcü-osetin münaqişəsi göstərdi ki, münaqişələrin hərbi yolla həlli mümkünsüzdür, bu əsrdə münaqişələr yalnız qarşılıqlı güzəştlə əsasında sülh yolu ilə həll olunmalıdır”.
Artur Bağdasaryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanda geniş ictimai müzakirələr keçiriləcəyini bildirib: “Çünki, bu məsələdə erməni xalqı da öz sözünü deməlidir”. // APA
« Əvvəlki səhifə Yazılar cəmi: 157
Sonrakı səhifə »