Yazar: fahmin @ Sentyabr 30, 2008 15:17
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə 11 sentyabr 2008-ci ildə elan edilmiş müsabiqə və müsahibədə iştirak etmək istəyən vətəndaşlar Komissiyanın vebsaytında (www.csc.gov.az və ya www.dqmk.gov.az) yerləşdirilmiş "Onlayn sənəd qəbulu" sistemi vasitəsi ilə sənəd verə bilərlər. Əlavə məlumat:
Davamı...
Yazar: fahmin @ İyul 29, 2008 11:32

Yoxlamanın aparılması üçün müraciət edən ərizə ilə birlikdə aşağıdakı sənədləri Ədliyyə Nazirliyinin kadrlar xidmətinə təqdim edir:
4.1. şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
4.2. kadrların uçotunun şəxsi vərəqəsi;
4.3. tərcümeyi-hal;
4.4. 4x6 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;
4.5. ali təhsil haqqında sənədin (müraciət edənin xarici ölkədə bitirdiyi ali təhsil üzrə ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"na əsasən Azərbaycan Respublikasında tanındıqdan sonra müvafiq sənədin) notariat qaydasında təsdiq olunmuş surəti;
4.6. əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
4.7. sağlamlıq haqqında Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı;
4.8. ailə tərkibi haqqında arayış;
4.9. ərazi üzrə hərbi komissarlıqdan qeydiyyat haqqında sənəd.