Reklam verin!

Xocalı soyqırımı

Yazar: fahmin @ May 18, 2008 10:44

XOCALI SOYQIRIMI

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Davamı...

Qərbi Azərbaycanda erməni vandalizmi

Yazar: fahmin @ May 17, 2008 16:08

Qərbi Azərbaycanda erməni vandalizmi

"Ermənistandan son deportasiya zamanı on minlərlə Qərbi azərbaycanlı ölkəmizin müxtəlif bölgələrinə yerləşdirilib. Onların əksəriyyəti Ermənistan - Azərbaycan münaqişəsi zamanı Xocalıda soyqırıma məruz qalıb, torpaqlar uğrunda gedən savaşda şəhid olub və əsir düşüb. Qərbi Azərbaycan torpaqlarının bizim olduğunu sübut etmək üçün bir sıra addımların atılması vacib xarakter daşıyır. Məsələn, əvvəlcə şəxsiyyəti təsdiq edən sənədlərdə Ermənistanda dünyaya gələn insanların doğum yeri kimi göstərilən yerdə həmin ad silinməli, orada Qərbi Azərbaycan və ya Azərbaycan Respublikası ilə bağlı qeyd öz əksini tapmalıdır. Yalnız bu yolla dünya ictimaiyyətinə o torpaqların bizlərə məxsus olduğunu göstərə bilərik. Bunun üçün ilkin növbədə Qərbi Azərbaycandan olan  ziyalılar bir araya gəlib həmin yerlərin hər bir mahalının sakinlərinin yenidən dəqiq siyahısını hazırlamalı, hazırlanan siyahını beynəlxalq təşkilatlara təqdim etməlidirlər. Daha sonra isə Qərbi Azərbaycanın status məsələsini beynəlxalq qurumların qarşısında qaldıra bilərik". Bu fikirlər dünən "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım" Assosiasiyası və "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin "Qərbi Azərbaycanda - indiki Ermənistanda azərbaycanlılara qarşı soyqırım siyasəti və erməni vandalizmi" mövzusunda keçirdiyi dəyirmi masada səsləndirilib. AMMKHM - İctimai Birliyinin sədri Nadir Abdullayev Ermənistan adlanan dövlətin ərazilərinin qədim Qərbi Azərbaycan torpaqları olduğu çağdaş dünyada açılıb - ağardılmasa da, tarixi sənədlər, müvafiq xəritələr bunun danılmaz fakt olduğunu ortaya qoyduğunu deyib. Həmin ərazidə mövcud olmuş saysız - hesabsız yeraltı və yerüstü maddi-mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, qalalar, saraylar, karvansaralar, körpülər, at-qoç heykəlləri, məbəd, məscid, pir və sair müqəddəs inanc yerləri, qayaüstü və qəbirüstü təsvirlər bunu bir daha təsdiqləyir. Bu faktların az əhəmiyyət daşımadığını deyən birlik sədri onu da bildirib ki, hətta erməni əsilli tarixçi Oqanes Şahhatunun "Ermənistan Sovet Ensiklopediyası"nın 571-ci səhifəsində yerləşdirilmiş siyahısında da əksini tapdığı kimi, 1410-cu ildən ta Çar Rusiyasının Zaqafqaziya xanlıqlarını öz tabeliyinə keçirməsinə qədər, yəni 1827-ci ilədək İrəvan xanlığına müsəlmanlar başçılıq etmişlər. "Qolos Karabaxa" qəzetinin baş redaktoru Qədir Nəsirov Azərbaycanlıların Qərbi Azərbaycandan sıxışdırılıb çıxarılması prosesinin ermənilərin Cənubi Qafqazda məskunlaşmasından bəri bütün dövrlərdə baş verdiyini xatırladıb. Kütləvi formada bu aksiyalar 1905-1920-ci, 1948-1950-ci və 1988-1992-ci illərdə həyata keçirilib. Tədqiqatçı - publisist Sənubər Sarallı, MQF Diaspora Mərkəzinin rəhbəri Rauf Zeyni, "Deportasiya" İctimai Birliyinin sədri Hafiz Təmirov və digər çıxışçılar məruzələrində bildiriblər ki, təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin iyununa qədər erməni silahlı quldur dəstələri tərəfindən 200-dən artıq Azərbaycan kəndi dağıdılıb və yandırılıb, yüzlərlə günahsız insan qətlə yetirilib. Sürməli, İrəvan, Eçmiadzin, Şərurdan 100 mindən artıq azərbaycanlı doğma yerlərini tərk etməyə məcbur edilib. 1919-cu ildə İrəvan quberniyasında 88 kənd viran qoyulub, 1920 ev yandırılıb və 131 970 nəfər vəhşicəsinə öldürülüb. 1919-1920-ci illər ərzində 23 rayondan 228 254 nəfər azərbaycanlı deportasiyaya məruz qalıb. 1948-1950-ci illərdəki hadisələr zamanı 8110 ailə, yaxud 100 min nəfərdən çox adam zorla yurd-yuvasından qovulub. 1988-ci ildən Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda başlanmış və sonradan uzunmüddətli və qanlı-qadalı müharibəyə çevrilən erməni "hərəkatı" zamanı Qərbi Azərbaycanda - indiki Ermənistanda yerli azərbaycanlı əhalinin deportasiyası kütləvi döymə, qətlə yetirmə, yaşayış məntəqələrinin dağıdılması ilə müşayiət olunurdu. Hadisələr zamanı tərkibində qadın, uşaq, ahıl olmaqla 220 günahsız insan öldürüldü, 6 min ev yandırıldı və 25 min ev mənimsənildi. Azərbaycanlıların son deportasiyası zamanı 260 kənd tamamilə boşaldılmışdı ki, bunlardan 171-i sırf Azərbaycan kəndləri, qalanları isə azərbaycanlıların ermənilərlə birgə yaşadıqları yaşayış məntəqələri idi. İndiki Ermənistanın 34 rayonunun böyük əksərinin Azərbaycan adı dəyişdirilib. Qəmərli - Artaşat, Arpaçay -Axuryan, Vedi - Ararat, Kəvər - Kamo, Mehri - Meğri, Zəngibasar - Masis, beləliklə mənaca Azərbaycan anlamını verən bütün kənd adları dəyişikliyə məruz qalıb. Qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycan ərazisi tarixi, mədəni, dini, memarlıq abidələri ilə zəngin bir bölgədir. İndi həmin abidələr tamamilə dağıdılıb, salamat qalanları da erməniləşdirilib. Sonda tədbir iştirakçıları tərəfindən mövzu ilə bağlı BMT, YUNESCO və Avropa Şurasına ünvanlanmış müraciət qəbul olunub.

Ermənilərin törətdikləri terror aktları

Yazar: fahmin @ May 16, 2008 21:03

Erməni terrorizmi

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. 16 sentyabr 1989-cu il. “Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.
11 iyul 1990-cı il. “Tərtər-Kəlbəcər” sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.10 avqust 1990-cı il. “Tbilisi-Ağdam” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Həmin gün “Şəmkir-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
09 yanvar 1991-ci il. “MolodyoJ Azerbaycana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
19 iyun 1991-ci il. “Yevlax-Laçın” avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus “UAZ-469″ markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində “QAZ-53″ markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında “KAVZ” markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.
08 sentyabr 1991-ci il. “Ağdam-Xocavənd” avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.
Həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.
26 sentyabr 1991-ci il. “Yevlax-Laçın” yolunda “VAZ-2106″ markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında “UAZ-469″ markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
 20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8″ vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində “ZİL-130″ və “Moskviç” maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
08 yanvar 1992-ci il. Türkmənistandan “Krasnovodsk-Bakı” marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 yanvar 1992-ci il. “Ağdam-Şuşa” marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.
22 mart 1992-ci il. “UAZ 469″ markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 mart 1992-ci il. “Kamaz-5410″ markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
18 aprel 1992-ci il. “Qazax-cəfərli” yolunun 10-cu kilometrliyində “Vaz” markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında “UAZ-469″ markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
02 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində “ZİL” markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan “QAZ-66″ markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.
01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.19 mart 1994-cü il. Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.
Müəyyən olunmuşdur ki, “Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.
“20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.
13 aprel 1994-cü il. Dağıstan Respublikasının “Daqestanskiye Oqni” stansiyası yaxınlğında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
03 iyul 1994-cü il. Bakı metropolitenin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75″ təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.
A.Aslanov “Yerevan-Mineralnıye Vodı-Bakı” marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur.
İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.


  Yazılar cəmi: 3