Reklam verin!
Yuma Ailə Jurnalı

“Washington Times” Azərbaycandan yazdı

Yazar: fahmin @ Sentyabr 30, 2008 15:59

"Vaşinqton Azərbaycanla münasibətləri daha geniş tərəfdaşlığa yüksəltməlidir"

 ABŞ-ın nüfuzlu “Washington Times” qəzetinin 29 sentyabr nömrəsində Azərbaycana həsr edilmiş məqalə yer alıb.
“Kaspian Enerji Konsaltinq”-in prezidenti Söhrab Sobhaninin müəllifi olduğu yazı ABŞ-ın növbəti seçiləcək prezidentini Azərbaycan kimi strateji ölkə ilə yaxın əlaqələr qurmağa, Dağlıq Qarabağ münaqişəsinin həllini ABŞ diplomatiyasının prioritetinə çevirməyə çağırır.

Davamı...

Ramazan Bayramınız Mübarək !!!

Yazar: fahmin @ Sentyabr 30, 2008 15:22

 Sentyabrın 1-dən Ramazan ayı başlayır və müsəlman dünyasının müqəddəs ayı hesab olunan Ramazan 30 gün davam eləyir. Ramazan ayının 19, 21, 23, 25 və 27-ci gecələrindən biri Qədr gecəsinə təsadüf edir. QMİ-dən Qədr gecəsinin Ramazan ayının başa çatmasına 10 gün qalmış, tək günlərdən birinə düşdüyü qeyd olunub. Ramazan ayının başa çatması isə ayın görünməsindən asılı olaraq sentyabrın 30-u və ya oktyabrın 1-nə təsadüf edəcək. Müqəddəs Ramazan Bayramı münasibəti ilə bütün müsəlmanları,oruc tutanları təbrik edirik!
Süfrəniz həmişə bol olsun!

Davamı...

DQMK. İşə qəbul

Yazar: fahmin @ Sentyabr 30, 2008 15:17

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə 11 sentyabr 2008-ci ildə elan edilmiş müsabiqə və müsahibədə iştirak etmək istəyən vətəndaşlar Komissiyanın vebsaytında (www.csc.gov.az və ya www.dqmk.gov.az) yerləşdirilmiş "Onlayn sənəd qəbulu" sistemi vasitəsi ilə sənəd verə bilərlər. Əlavə məlumat:

Davamı...

Qol yağışı

Yazar: fahmin @ Sentyabr 30, 2008 14:55

 “Bakı” hirsini “Bakılı”dan çıxdı
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Premyer Liqasında VI turun oyunları başa çatıb. “APA-Sport”un məlumatına görə, hesabat turunda bir sıra maraqlı nəticələr qeydə alınıb.

Öncə çempionluğa iddialı “Neftçi”nin xal itirməsi azarkeşləri şoka saldı. Debütant NBC-nin müqavimətini qıra bilməyən flaqman yeni baş məşqçi Yurgen Gedenin rəhbərliyi altında ardıcıl ikinci oyununu qolsuz heç-heçə ilə başa vurdu. “Simurq” isə gözlənilmədən “Qarabağ”ı üstələdi. Bundan başqa, “Olimpik” öz meydanında bir xalla kifayətləndi.

Davamı...

Helsinkiyə doğru!

Yazar: fahmin @ Sentyabr 30, 2008 14:52

 Azərbaycan yığması Finlandiya ilə oyunun hazırlığına başladı
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 11-də Helsinkidə Finlandiyaya qarşı keçirəcəyi matçın hazırlığına başlayıb. “APA-Sport”un məlumatına görə, bu gün baş məşqçi Berti Foqts yetirmələrinə ilk məşqi keçib.

Təlim-məşq toplanışına 28 futbolçu çağırılsa da, onlardan bir neçəsi hazırlıq prosesinə qatılmayıb.

Davamı...

Daha iki futbolçu baxışa dəvət olunub

Yazar: fahmin @ Sentyabr 29, 2008 10:55

Davamı...

Türkcell Super Liqa 5-ci həftə

Yazar: fahmin @ Sentyabr 28, 2008 10:30

Cədvəl ardında...

Davamı...

Mehriban Əliyevanın bacısı qızının toyu

Yazar: fahmin @ Sentyabr 28, 2008 10:24

Fotoşəkillər ardında yerləşdirilən linkdə...

Davamı...

Gürcüstanın MDB-dən çıxması məsələsi MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə daxil edilib

Yazar: fahmin @ Sentyabr 28, 2008 9:46

  Oktyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçiriləcək. APA-nın məlumatına görə, sammitdən bir gün əvvəl - oktyabrın 9-da isə Xarici İşlər Nazirləri Şurasının toplantısı olacaq. Dövlət başçılarının yığıncağının gündəliyinə 21, xarici işlər nazirlərinin iclasının gündəliyinə 26 məsələ daxil edilib. Sənədlərdən 9-u hər iki iclasda müzakirə olunacaq. MDB-yə sədrlik edən Qırğızıstanın təklifi ilə Xarici İşlər Nazirləri Şurasının iclasına Gürcüstanın MDB üzvlüyündən çıxması məsələsi də salınıb.

Davamı...

2008-ci il Prezident seçkiləri haqqında ən son məlumatlar

Yazar: fahmin @ Sentyabr 28, 2008 9:43

 

Link ardında...

Davamı...


  Yazılar cəmi: 35    Sonrakı səhifə »