U-19 (qızlar) qrup lideridir

Xəbər həmən ardında...
19 yaşadək qızlar arasında Avropa çempionatının Bakıda keçirilən seçmə mərhələsində Azərbaycan yığması bu gün saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiya yığması ilə qarşılaşıb. Yığmamız 1:0 hesabı ilə qalib gəlib. Rəqib qapısından topu Lyudmila Əliyeva keçirib. Bu qələbədən sonra komandamız iki oyundan 6 xal toplayaraq turnir cədvəlində birinci pilləyə yüksəlib.
Xatırladaq ki, U-19 sentyabrın 25-də qrupdakı ilk oyununda Çexiya komandasına 2:1 hesabı ilə qalib gəlmişdi.
Qaynaq: www.affa.az


