XIII Yay Paralimpiya Oyunları başa çatdı
Pekində 2 qızıl, 3 gümüş, 5 bürünc qazanan idmançılarımız bugün vətənə qayıtdı. 38-ci yerdə qərarlaşan Azərbaycan komandası 10 medal qazanaraq, indiyə qədər qazandıqları ən çox medal sayısı da məhz bu oyunlarda əldə etdi.



