Reklam verin!

Prezident maaşları yenidən artırdı

Yazar: fahmin @ Sentyabr 3, 2008 19:59

 Bu dəfə  sosial təminat, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin maaşlarının artırılması haqqında sərəncam imzalandı

Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən orta hesabla 25 faiz artırılıb.

 Prezidentin digər sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları da sentyabrın 1-dən orta hesabla 25 faiz artırılıb. // APA



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha