AKP-lilərin Ermənistana getməsinə qadağa qoyulub
6 sentyabr 2008-ci il tarixində Ermənistanın Razdan şəhərində oynanacaq Erm.-Türkiyə maçını izləmək üçün Türkiyə Cümhuriyyəti prezidenti - Abdullah Gülə dəvət yollayan Erm. prezidenti Sarkisyan, həmçinin bu təklif barədə cavabını hələ bildirməyən Gül mübahisə mərkəzinə çevrilib. Xüsusilə də, Türkiyə müxalifəti tərəfindən daha sərt reaksiya verildi.
İki böyük müxalif partiya da çox keçmədən öz mövqelərini bildirdilər.
CHP-dən(Cümhuriyyət Xalq Partiyası) Dəniz Baykal: Ermənistanda milli maç izləməkdənsə, Bakıda hər hansı bir maça gedərəm.
MHP-dən (Milliyətçi Hərəkət Partiyası) Dövlət Bahçeli: Bu təklifi qəbul etməyimiz Türkiyənin qürurunu, xarici imicini zədələyə bilər.
/ www.yurd.tk / Yurd IM



