Reklam verin!
Yuma Ailə Jurnalı

"Eurovision Dance-2008"-də Azərbaycanın SMS nömrəsi 8440-dır

Yazar: fahmin @ Avqust 31, 2008 15:47

  Azərbaycan rəqqaslarına «Eurovision Dance-2008» yarışmasında xaricdən 8440 SMS nömrəsi ilə səs vermək mümkün olacaq.
Bunu İctimai Televiziya və Radio Verilişlərinin (İTV) musiqi koordinatoru Leyla Əliyeva bu gün keçirilən mətbuat konfransında açıqlayıb. O qeyd edib ki, sentyabrın 6-da Qlazqoda (Şotlandiya) keçiriləcək «Eurovision Dance-2008» yarışmasında Azərbaycanı təmsil edəcək rəqqaslar Eldar Cəfərov və Anna Sajinanın nümayiş etdirəcəyi rəqs nömrəsində milli elementlərdən istifadə olunub.

L.Əliyeva bildirib ki, yarışmada nümayiş olunacaq nömrənin əsasını Endryu Lloyd Uebberin əfsanəvi «Operanın kabusu» muziklinin musiqisi təşkil edir: «Artıq ABŞ-ın Las-Veqas şəhərində nömrə üzərində iş aparılmağa başlanılıb. Məşqlər Amerikanın üç ən yaxşı xoreoqraflarından biri olan Bruno Kollinzin rəhbərliyi altında keçirilib. Rəqqasların məşqləri İtaliyanın Verona şəhərində, dünya şöhrətli Cerri Abrate Rəqs Məktəbi və Katerina Ardzentonun yanında davam etdirilib. Bu nömrədə istifadə olunan milli elementlər isə bilavasitə Azərbaycanda hazırlanıb». L.Əliyeva rəqslərdə milli elementlərin istifadə edilməsini müsabiqə təşkilatçılarının mütləq tələblərindən olduğunu bildirib.

Rəqqas E.Cəfərov isə qeyd edib ki, müsabiqədə təmsil olunacaq iki dəqiqəlik rəqs üç hissədən ibarətdir: «Birinci hissə fokstrot və pasodobldan, ikinci hissə rumba və çılğın tanqo, üçüncü hissə isə Azərbaycanın «Odlar Yurdu» rəqsindən ibarətdir».

Bundan öncə bir neçə beynəlxalq müsabiqədə iştirak etdiklərini və uğur qazandıqlarını bildirən Azərbaycan təmsilçiləri qarşılarına qoyduğu məqsədin ən azı ilk üçlüyə düşməkdən ibarət olduğunu qeyd ediblər.

L.Əliyeva isə əlavə edib ki, yarışmada ümumilikdə 14 ölkənin təmsilçisi iştirak edəcək və Azərbaycanın digər 13 iştirakçıya səs vermək hüququ var: «Azərbaycan təmsilçilərinə 8440 SMS nömrəsi ilə səs vermək mümkün olacaq. Biz xarici ölkələrdəki diaspora güvənirik və xaricdə yaşayan soydaşlarımızın təmsilçilərimizi dəstəkləyəcəyinə inanırıq».

Qeyd edək ki, «Eurovision Dance-2008» yarışması sentyabrın 6-da canlı yayımda İTV kanalı ilə nümayiş olunacaq.

/Ria.az/


1
Hekim yazıb:

Çox güman ki, maraqlı olacaq.
Sizin bloqu dost bloq etdim smile
Bloqunuz maraqlıdır.

Avqust 31, 2008 21:53

2
fahmin yazıb:

Təşəkkürlər...
Artıq Azərbaycanı təmsil edən cütlüyü təbrik etmək olar. Yeni qatılan ölkə üçün 16 ölkə sırasında 5-ci yeri tutmaq asan məsələ deyil.
Ukraynanın mətbuatı isə bu cütlüyü "ən romantik cütlük adlandırıb. Eldar Cəfərov müsabiqədə Anna Sajina`ya evlənmə təklif edib, yəqin bu da sensassiya olub...

Sentyabr 12, 2008 20:47


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha