Reklam verin!
Yuma Ailə Jurnalı

Futbol üzrə milli komandamız İrana məğlub oldu

Yazar: fahmin @ Avqust 28, 2008 12:56

Qarşılaşmanın 82-ci dəqiqəsində İran millisinin oyunçusu Məhəmməd Nuri hesabı açıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşü çərçivəsində səfərdə İran millisi ilə qarşılaşıb.Tehran şəhərinin “Azadi” stadionunda baş tutmuş matçın ilk yarısı heç-heçə başa çatıb 0-0. Qarşılaşmanın 82-ci dəqiqəsində İran millisinin oyunçusu Məhəmməd Nuri hesabı açıb 1-0, matç elə bu hesabla da başa çatıb. Beləliklə İran millisi ilə keçirdiyimiz 4-cü qarşılaşmada da qalib gələ bilmədik.
Qeyd edək ki, İran millisi ilə keçirdiyimiz 3 qarşılamanın heç birində millimiz qalib gələ bilməyib. 2002-ci ildə keçirilən qarşılaşmalarda 1:1, 2:2-lik heç-heçə qeydə alınıb, 2005-ci ildə keçirilən növbəti qarşılaşmada isə millimiz 2:1 hesabı ilə məğlub olub (hər üç qarşılaşma səfərdə keçirilib).

Elvin Rəsul /ANS PRESS/ 



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha