"Neftçi" sabah "Vaslui" ilə qarşılaşacaq
UEFA İntertoto kubokunun üçüncü mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" sabah Vaslui şəhərindəki "Munisipial Vaslui" stadionunda Rumıniya təmsilçisi "Vaslui" klubu ilə qarşılaşacaq. Oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Robert Şergenxofer (Avstriya)
Baş hakimin köməkçiləri: Torsten Obvurtser, Dominik Ouşan (hər ikisi - Avstriya)
Hakim-inspektor: Alan Snoddi (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Estoniya)
Xatırladaq ki, bu komandalar arasında iyulun 19-da Bakıda keçirilən oyun 2:1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.



