Reklam verin!

UEFA Azərbaycanda futbolun inkişafı üçün texniki proqramların həyata keçirilməsinə yardım göstərəcək

Yazar: fahmin @ İyul 8, 2008 17:53

  İyulun 6-da Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini Azərbaycana səfərinin məqsədi ilə bağlı mətbuat konfransı keçirmişdir. Mişel Platini demişdir ki, səfərdən məqsəd UEFA-nın maliyyə dəstəyi ilə Azərbaycanda inşa edilən Futbol Akademiyası binasında işlərin gedişi, eləcə də AFFA-nın fəaliyyəti ilə tanış olmaqdır.

 

UEFA prezidenti AFFA-nın ölkəmizdə uşaq futbolunun inkişafına xüsusi diqqət yetirməsindən razılıqla danışmış, rəhbərlik etdiyi qurumun Azərbaycanda futbolun inkişafına hər zaman kömək göstərməyə hazır olduğunu vurğulamışdır.
Qonaq demişdir ki, UEFA-nın əsas məqsədi milli futbol assosiasiyalarının inkişafına yardım göstərməkdir. Bu gün AFFA-nın və Futbol Akademiyası üçün binanın inşasına maliyyə yardımı buna bariz nümunədir. Azərbaycanda futbolun inkişafı üçün texniki proqramların həyata keçirilməsinə də yardım göstəriləcəkdir.
Mişel Platini AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşmüşdür. Görüşdə son vaxtlar ölkəmizdə futbolun inkişafı ilə bağlı həyata keçirilən layihələr və gələcək planlar barədə qonağa ətraflı məlumat verilmişdir.
Rövnəq Abdullayev UEFA-nın Azərbaycanda futbolun inkişafına göstərdiyi köməyi xüsusi qeyd etmiş, qurumun maliyyə dəstəyi ilə Futbol Akademiyası binasının inşasını yüksək qiymətləndirmişdir.
Gənclər və idman naziri Azad Rəhimov respublikada idmanın, eləcə də futbolun inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramlarının uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, Azərbaycanın bir çox bölgələrində olimpiya idman kompleksləri istifadəyə verilmişdir. Hazırda Mingəçevirdə, Şəkidə və Naftalanda yeni futbol stadionları inşa edilir.
Mişel Platini AFFA-nın həyətində inşa edilən Futbol Akademiyası binasında tikinti işlərinin gedişi ilə yaxından tanış olmuşdur.
Qonağa üzərində UEFA prezidentinın soyadı yazılmış Azərbaycan milli komandasının köynəyi hədiyyə edilmişdir.
AzərTAC



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha