Neftçi heç-heçə edib
UEFA İntertoto kubokunun ikinci mərhələsinin ilk oyununda Antverpenin «Olimpiya» stadionunda «Neftçi» Belçikanın «Jerminal» klubu ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab oyunu iyulun 12-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Baş hakimin köməkçiləri: David Riçardson, Adam Yotts (hər ikisi - İngiltərə)
Dördüncü hakim: Elçin Səmədli (Azərbaycan)
Hakim-inspektor: Valentin İvanov (Rusiya)
UEFA nümayəndəsi: Marton Esterazi (Macarıstan)
Qaynaq: affa.az



