Ən “təhlükəli” yaş müəyyən olunub
Ən “təhlükəli” yaş müəyyən olunub
Bu sahədə aparılan əvvəlki araşdırmalara görə insanın psixi vəziyyəti onun yaşindan asılı deyil. Lakin ABŞ-dakı Uorvik Universitetinin və Dormut kollecinin mütəxəssislkəri bu mülahizəni təkzib ediblər.
The Daily Teleqraf xəbər verir ki, alimlər Avropada, Amerikada və bir neçə inkişaf etməkdə olan ölkələrdə 2 milyondan çox respondent arasında psixi sağlamlıq sahəsində ən irimiqyaslı araşdırma aparıblar. Araşdırmanın nəticəsi kimi onlar “xoşbəxtlik qrafiki” düzəldiblər. Bu qrafikdə özündən və həyatından razılıq gəncliyə və qocalığa, ən təhlükəli dövr isə orta yaşlara təsadüf edir.
Ən müxtəlif sosial təbəqələri əhatə edən sorğuda nəticələr hamı üçün eyni olub. Böhranlı yaş isə 44 çıxıb. Araşdırma aparanlardan biri Endrü Osvald deyir ki, məntiqlə insan yaşlandıqca özünü daha pis hiss edir. Amma araşdırma orta yaşlı insanların daha çox depressiyaya düşdüklərini gösrərir.Alimlərin “böhran”la baglı bir neçə nəzəriyyəsi var. Gəncliyində çox şey arzulayan insan sonralar buna nail olmayanda məyus olub həyat dəyərlərinə yenidən baxır. “Axı hamı rok-ulduz yaxud da məşhur futbolçu olmur, - deyə, Osvald şərh edir, - 30-40 yaşlarımızda biz gerçəkliyi daha aydın görürük. Lakin qocalana yaxın biz həyat həqiqəti ilə barışmağı öyrənir və rahatlaşırıq. “Başqa bir mülahizəyə görə, xoşbəxt adamlar çox yaşayırlar. Yəni o, adamlar qocalana qədər yaşayır ki, onlar həyatdan gileylənmır, ondan ləzzət alırlar. Qalanları isə 40 yaşa yaxın depressiyaya düşür və 50-60 yaşlarında ölürlər. Digər bir nəzəriyyədə deyilir ki, insan qocalana yaxın həyatın özünə görə nəticə çıxarır – ona görə ki, o, dostlarının və yaxınlarının ölümünü görür.Ümidvaram ki, bizim araşdırmamız, bu fenomenin sonrakı öyrənilməsinə təkan verəcək, - Osvald deyir, – Əgər insanlar başa düşsələr ki, onların depressiyaları normal yaş vəziyyətidir, yəqin ki, onlar bu böhranları daha asan keçirərlər.
Qaynaq: euxeber.com


