Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!

Braziliya Konfederasiya kubokunu qazandı

Yazar: fahmin @ İyun 29, 2009 11:15

 Cənubi Afrikada təşkil və iki qrupdan ibarət olan Konfederasiy kuboku nəhayət qalibini tapdı. Üçüncülüyü Güiza`nın sayəsində əldə edən İspaniya ən azından prestijini qurtardı. Finalda isə Braziliya ABŞ`ı 2-0 geriyə düşmələrinə rəğmən (10`dəqiqədə Dempsey və 27`dəqiqədə L.Donovan) 3-2 yenməyi bacardı.

Məktəblərdə rüşvət...

Yazar: fahmin @ İyun 29, 2009 10:26

 Heç nə demirəm. Elə günü bu gün Biləcəri qəsəbəsində yerləşən bir məktəbdən (nömrəsini demirəm, çünki bir neçə məktəbdə daha bu hallara rast gəlinir) uşaqları göndərdilər ki, bəs 30 manat bəs eləmir 105 manatı çatdırmayan attestatı ala bilməz. 100 manatı tutaq ki, başa düşdük, ağabəylər bəs bu 5 manat nədir ? Universitetləri, texnikomları və s. təhsil müəssisələrində də alınır rüşvət, yaxşı bəs orta məktəblərdə şagirdlərdən oxuyan, oxumayana fərq qoymadan bu rüşvət dalğası nədir mən onu anlamıram. Heç olmasa uşaqları qatmasınlar pis əməllərinə. Xahiş edirəm valideynlərdən belə halı nəzərdən qaçırmayın. Haqqınızı tələb edin. Müraciət edin qaynar xəttlərə(496 34 76), TV`lara... xəbər edin...

Ermənilər azərbaycan dilində telekanal açacaq

Yazar: fahmin @ İyun 26, 2009 12:44

 Payızda Xankəndidə Azərbaycan dilində telekanal açıla bilər. Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın şəxsi göstərişi ilə "düşmən təbliğatın qarşısını almaq məqsədilə" belə telekanalın yaradılması ilə bağlı işlərə başlanıb.

Davamı...

Braziliya Konfederasiya kubokunda finalda

Yazar: fahmin @ İyun 26, 2009 11:59

 Cənubi Afrika Respublikasının milli komandasını 1-0 hesabı ilə yenən Braziliya milli komandası finalda Amerika Birləşmiş Ştatlarının milli komandası ilə qarşılaşacaq. Qeyd edək ki, ABŞ İspaniyanı Altidore və Dempsey`in qolları ilə 2-0 yenmişdi. Cənubi Afrika qarşısında Braziliyanın qolunu isə 88`dəqiqədə sonradan oyuna girən Dani Alves freekick`dən atdı. ardında Braziliya milli komandasının oyunçuları  /west.azeriblog.com/

Davamı...

Valensiyadan Ardanın transferi üçün 18 milyon avro təklif etdi

Yazar: fahmin @ İyun 26, 2009 11:53

 Türkiyə futbolunun parlayan ulduzu Arda Turan keçən ildən Avropanın bir sıra klublarının maraqlandırırdı. Ancaq Galatasaray klubunun Ardanı satmağa yönəlməməsi və cazib təkliflərin olmaması transferi ertələmişdi. Ancaq Valensiya klubunun təklif etdiyi məbləğ Galatasaray cəbhəsini düşünməyə vadar etdi. Qeyd edək ki, pul barədə Galatasarayla heç bir problem yaşamayan Arda ildə cəmi 1 milyon avro qazanır. Halbuki bu transfer gerçək olarsa, GS klubu 18 milyon avro, Arda Turan isə ildə 4 milyon avro qazanacaq. /west.azeriblog.com/

Albiol rəsmən Real Madriddə

Yazar: fahmin @ İyun 26, 2009 11:41

 Valensianın bacarıqlı müdafiəçisi Raul Albiol Real Madridə transfer oldu. Kaka və C.Ronaldo kimi astronomik rəqəmlərə transfer olmasa da müdafiəçi üçün böyük sayılan məbləğə transfer olan Albiol həm də İspaniya milli komandasının formasını geyir. Real Madrid klubu Albiola görə Valensiyaya 15 milyon avro ödəyəcək. /west.azeriblog.com/

Rusiya`nın sərxoş əhalisi

Yazar: fahmin @ İyun 26, 2009 11:35

 Statistikaya görə 20 il ərzində Rusiyada 3 milyon əhali spirtli içki üzündən həyatını itirir. Bir sıra Avropa ölkələrinə nisbətən Rusiyada orta yaş həddi aşağıdır və alimlərə görə ortalama yaş həddi daha da aşağı enə bilər. Spirtli içki aludəsi olan cavanlar isə Rus hökümətini günahlandırır. Onlara görə günahkar keyfiyyətsiz içkilərin istehsalına qadağa qoymayan Rus hökümətidir. /west.azeriblog.com/

Maykl Cekson son mənzilə yollandı

Yazar: fahmin @ İyun 26, 2009 11:27

 1958-ci il doğumlu 51 yaşlı Michael Jackson dünən saat 1 radələrində evində infakt keçirərək vəfat etdiyi məlum olub. İndiyə qədər  böyükdən kiçiyə hər kəsin pərəstişkarı olduğu Amerikanın ən məşhur pop ulduzu olan Maykl Cekson dəri xərçəngi xəstəliyinə yaxalanıbmış. İki evlilik yaşayan ulduzun 2 oğlu və bir qızı var. Prins Maykl, Paris Maykl və Pris Maykl 2.  /west.azeriblog.com/

ABŞ Konfederasiya kubokunda ilk finalistdir

Yazar: fahmin @ İyun 25, 2009 12:35

 Yarı finalda əslində surpriz deyil, gözəxoş futbolla hər kəsi, eləcə də İspaniya milli komandasını da özünə heyran qoyan ABŞ milli komandası qalib gələn tərəf oldu. 27`dəqiqədə Altidor və 73`dəqiqədə Dempsi`nin qolları ABŞ`a qalibiyyəti gətirdi. Qalib tərəf indi Braziliya - Cənubi Afrika qarşılaşmasının qalibini gözləyir. Cənubi Afrikanın qalib gəlməsi də istisna edilmir. Qarşılaşma bugün saat 23:30`da başlayacaq.

Davamı...
  Yazılar cəmi: 450    Sonrakı səhifə »